Zelenski Bayden və Çin liderini Sülh Sammitinə dəvət edib

2023/12/6581d-1703011275.jpg
Oxunub: 210     13:43     26 May 2024    
Ukraynanın Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpini cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitinə dəvət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

O, dünya liderlərini Sülh sammitində iştirak etməyə çağırıb: “Kiyev sammitdə 80-dən çox dövlətin iştirakını təsdiqləyib”.

Qeyd edək ki, İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da Ukrayna üzrə Sülh Sammit keçiriləcək.

İsveçrə Xarici İşlər Nazirliyi bildirib ki, Bern dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini iyunun 15-16-da Bürgenstok şəhərində Ukrayna üzrə ilk sülh konfransına dəvət edib.

Bu siyahıya təxminən 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa İttifaqı, həmçinin digər beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Avropa Şurasının nümayəndələri daxildir. Rusiya konfransa dəvət olunmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Bayden   Çin  


Bizi "telegram"da izləyin