Azərbaycan Prezidenti: "Gürcüstanla birgə həyata keçirdiyimiz layihələr Avrasiya məkanında önəmli amil rolunu oynayır"

2024/05/1716717040.jpg
Oxunub: 146     13:19     26 May 2024    
Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.

Ordu.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikində əksini tapıb.

“Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin