Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

2024/05/387ca-1716699724.jpg
Oxunub: 168     08:45     26 May 2024    
ABŞ-nın Nyu-York şəhərində fəaliyyət göstərən "Azərbaycan Nyu-York Mədəniyyət Mərkəzi"ndə ("Azerbaijan Cultural Center NY" – ACCNY) 28 May – Müstəqillik Günü münasibəti ilə tədbir təşkil olunub.

Ordu.az xəbər verir ki, Mərkəzin rəhbəri, Azərbaycanın Əməkdar artisti Telman Cəlilin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə burada yaşayan həmvətənlərimiz iştirak ediblər. T.Cəlil qonaqlara Azərbaycanın dövlətçilik tarixini barəsində danışıb, 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin qısa zaman ərzində ölkənin təməllərini qurduğunu bildirib.

T.Cəlil əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasəti nəticəsində Azərbaycanın beynəlxaq miqyasda qazandığı nailiyyətlərindən söz açıb. Həmçinin Nyu-Yorkda yaşayan və təhsil alan azərbaycanlı gənclərin uzaq Amerikada mədəniyyətimizin və incəsənətimizin təbliği üçün aktiv fəaliyyətlərindən bəhs edib.

Mərkəz rəhbəri Nyu-Yorkda məktəblərarası keçirilən mədəniyyət festivalında Azərbaycanın qədim xalq rəqslərindən olan “Uzundərə” ilə ölkəmizi yüksək səviyyədə təmsil edən Aydan Dəmirovaya və Fərzanə Babayevaya xüsusi təşəkkür edib.

O, həmvətənlərimizə Azərbaycan Nyu-York Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Müstəqillik-Günü  


Bizi "telegram"da izləyin