Rusiya prezidenti Özbəkistana səfər edəcək

2022/03/1646987754.jpg
Oxunub: 215     08:51     26 May 2024    
Rusiya prezidenti Vladimir Putin mayın 26-dan 27-dək Özbəkistana dövlət səfəri edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib ki, səfər zamanı Vladimir Putin yalnız Daşkəndə səfər edəcək.

O, həmçinin bildirib ki, ilk tədbirlər mayın 26-da başlayacaq və həmin gün axşam saatlarında iclas keçiriləcək.

Özbəkistana səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Özbəkistan  


Bizi "telegram"da izləyin