Britaniyanın Baş naziri seçkilərdə qalib gəlsə hərbi çağırışı bərpa edəcək

2024/01/a584c-1705077593.jpg
Oxunub: 189     06:57     26 May 2024    
Mühafizəkarlar Partiyası 4 iyul parlament seçkilərində qalib gələcəyi təqdirdə Britaniya hərbi xidmətə çağırış praktikasına qayıdacaq.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunak "The Mail on Sunday" qəzetindəki məqaləsində yazıb.

Baş nazirin sözlərinə görə, icbari hərbi xidmətə qayıtmaq Böyük Britaniyanın gənclərinin həyatını dəyişdirəcək imkanlar yaradacaq.

"Bir ata olaraq iki qızımın milli xidmətdən keçməsini səbirsizliklə gözləyirəm: düşünürəm ki, faydalı təcrübə toplayacaqlar. İngilis olmaq pasport nəzarətində növbə çəkməkdən daha çox şeydir", - Sunak yazıb.

“The Mail on Sunday”in materialında qeyd olunur ki, icbari xidmətin bərpası planı Baş nazir tərəfindən ən yaxın məsləhətçilərinin köməyi ilə gizli şəkildə tərtib edilmişdir. Onların arasında Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri və krallığın keçmiş xarici işlər naziri Uilyam Heyq də olub.

Nəşrin məlumatına görə, qərar Londonun İran, Çin, KXDR və Rusiya kimi avtoritar təsnif etdiyi ölkələrin "artan beynəlxalq təhdidləri" ilə bağlıdır. 18-24 yaş arası məcburi xidmət keçən vətəndaşların təbii fəlakətdən qorunma, səhiyyə, dağ axtarış-xilasetmə və yanğın təhlükəsizliyi ilə bağlı fəaliyyətlərdə iştirak edəcəyi gözlənilir.

Böyük Britaniyada icbari hərbi xidmət 1939-cu ildə, ölkə İkinci Dünya Müharibəsinə girəndə tətbiq olunub. Müharibə bitdikdən sonra icbari xidmət ləğv edilməyib, lakin çağırışçıların sayı tədricən azalmağa başlayıb. 1959-cu ildə məcburi çağırışın ləğvi vədi Mühafizəkarlar Partiyasının parlament seçkilərində Harold Makmillan rəhbərliyi ilə qələbəsinin səbəblərindən biri olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sunak   Britaniya  


Bizi "telegram"da izləyin