İstanbulda ofisdə partlayış baş verib, xəsarət alanlar var

2024/05/66525-1716698562.jpg
Oxunub: 132     01:29     26 May 2024    
İstanbulda naməlum şəxslər ofis binasına bomba atıblar.

Ordu.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

Hadisə Küçükçekmece bölgəsində baş verib.

İlkin məlumata görə, hadisə yerinə motosikletlə gələn naməlum maskalı şəxslər ofisin ərazisinə bir neçə dəfə partlayıcı atıb və ərazini tərk ediblər. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, binaya böyük ziyan dəyib.

Nəşrin məlumatına görə, polis hücumu törədən şəxslərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul   Partlayış  


Bizi "telegram"da izləyin