İsrail HƏMAS-la danışıqların növbəti raunduna razılıq verib

2024/03/1709615214.jpg
Oxunub: 188     23:13     25 May 2024    
İsrail hakimiyyəti şənbə günü vasitəçilər - ABŞ və Qətərlə Fələstinin HƏMAS qruplaşması ilə danışıqların bərpa edilməsinə razı olub.

Ordu.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Danışıqlar prosesinin gələn həftə başlayacağı gözlənilir.

Bu həftənin əvvəlində İsrail Nazirlər Kabineti Qəzza zolağında münaqişənin danışıqlar yolu ilə həlli üçün növbəti cəhddə iştirakın tərəfdarı olduğunu bildirib.

İsrail ilə HƏMAS arasında kompromis tapmaq üçün əvvəlki cəhdlər nəticə verməyib. Danışıqların məqsədi barışıq, girov və məhbus mübadiləsi barədə razılığa gəlməkdir.

Danışıqların əvvəlki raundlarında əsas problem HƏMAS-ın qeyri-məhdud atəşkəs və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının tələbi ilə çıxış etməsindən ibarət idi. İsrailin danışıqlardakı təmsilçiləri yalnız müvəqqəti atəşkəsə razılaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin