İndoneziyanın 4 əlavə sualtı qayıq alınması tenderində Türkiyə də iştirak edəcək

2024/05/2024--1716625957.jpg
Oxunub: 384     19:34     26 May 2024    
İndoneziya martın 28-də imzalanmış müqavilədən sonra 2 ədəd “Scorpène Evolved” sualtı qayığının yerli inşası üçün maliyyə planı və istehsal müəssisələrini hazırlayır.

Ordu.az xəbər verir ki, paralel olaraq, Fransa hökuməti İndoneziyanın “Scorpène”lərini sualtı qayıqlardan buraxılan raketlərlə təchiz etmək və onları İnsansız Dəniz Platformaları (İDP) ilə inteqrasiya etmək üçün “yaşıl işıq” yandırıb.

“Scorpène Evolved” İndoneziyanın dövlət gəmiqayırma şirkəti “PT PAL Indonesia” tərəfindən “Surabaya City East Java”da yerləşən gəmiqayırma zavodunda “Naval Group”un dəstəyi ilə inşa ediləcək.

Ümumi dəyəri 2,16 milyard dollar olan sualtı qayıqlar müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 96 ay və ya 8 il ərzində İndoneziya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilməlidir.

Layihənin maliyyələşdirilməsi üçün kredit müqaviləsi hazırda İndoneziya Maliyyə Nazirliyi tərəfindən hazırlanarkən, PT PAL sualtı qayıq istehsal müəssisələrinin inkişaf etdirilməsi prosesinə başlayıb.

Yeniləmə işləri çərçivəsində yeni torpedo, elektronika sexi və sualtı qayıq bölməsi üçün yeni ofis inşa ediləcək.

İndoneziya Müdafiə Nazirliyinin Müdafiə Qüvvələrinin baş direktoru Bambanq İrvanto nazirliyin “Scorpène Evolved”i seçməsinə görə LIB texnologiyasına diqqət yetirməyin zəruriliyini vurğulayıb.

İrvanto HDQ-nin ikisi 2025-2029-cu illər, digər ikisi isə 2035-2039-cu illər arasında olmaqla, daha 4 yeni sualtı qayıq almaq üçün təklif təqdim etdiyini bildirib.

“Naval News” nəşri bildirir ki, hazırda Fransa, Almaniya, İtaliya və Türkiyə bu əlavə sualtı qayıqların alınması üçün əsas yarışmaçılardır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Türkiyə  


Bizi "telegram"da izləyin