Paşinyan Tehran səfərindən öncə ABŞ kəşfiyyatçısı ilə, qayıtdıqdan sonra isə elçisi ilə görüşüb? Vaşinqton nə planlaşdırır?

2024/05/Nikol-1716617716.jpg
Oxunub: 381     12:35     25 May 2024    
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanda səfərdə olub. O, İrəvanda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb, Ermənistan-Azərbaycan prosesini müzakirə edib.

Amerikalı diplomatın səfəri ilk növbədə ona görə diqqət çəkir ki, bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəis müavini Devid Koenin səfərindən dərhal sonra baş verir. Koen mayın 21-də İrəvanda olub və Paşinyan hökumətinin açıqlamasına əsasən, o, Nikol Paşinyanla görüşüb. Onların nə danışqları ilə bağlı rəsmi açıqlama susur. ABŞ tərəfi Koenin səfərinə ümumiyyətlə susur. ABŞ rəsmi mənbələri onun səfəri və görüşləri barədə məlumat verməyib.

Həmin səfərin regional, yoxsa yalnız Ermənistana aid olduğu da bəlli deyil. 2022-ci ilin iyulunda Koenin rəhbəri, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistana səfər etmişdi. Onun səfəri regional xarakter daşıyırdı, lakin Tbilisi və Bakı səfərləri ilə bağlı heç bir açıqlama verilmədi, İrəvan baxımından isə Ermənistan hökuməti ən azından quru məlumat variantında təkid edib.

Bu halda da eyni şey olub, yoxsa yalnız Ermənistana səfər olub? Bu, ümumiyyətlə ikinci dərəcəli bir detal deyil, çünki vurğuların necə ola biləcəyini əhəmiyyətli dərəcədə göstərəcək. Bütün hallarda yüksək rütbəli amerikalı kəşfiyyatçının səfərindən sonra Qafqazla məşğul olan baş diplomat səfər edir və bu, dərhal sual yaradır ki, kəşfiyyatıçı Koen səfərini, belə demək mümkündürsə, İrəvanla müəyyən fikir mübadiləsi aparmaqla hazırlayıb?

Bononun səfəri regional xarakter daşıyacaq, əvvəlki iki səfər kimi o, yalnız İrəvanla məhdudlaşmayacaq. Bu yerdə, yeri gəlmişkən onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda idi. Bononun Ermənistana səfərinin Hikmət Hacıyevin səfəri zamanı Vaşinqtonda aparılan danışıqların məzmunu üzərində qurulduğu istisna edilmir.

Çox güman ki, Birləşmiş Ştatlar mayın 10-da və 11-də, Qazaxıstanın vasitəçiliyi ilə Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan görüşdükdə baş verən prosesləri sadəcə balanslaşdırmağa çalışır. Həmin görüşü Moskva, sonra Paris alqışladı. Vaşinqton çox təmkinli reaksiya verdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Almatıdakı müzakirələr Moskva, İrəvan və Bakının üçtərəfli yüksək səviyyəli razılaşmalarına uyğundur.

Bono kursu dəyişməyə, onu 2023-cü ilin may və iyun aylarında xarici işlər nazirləri arasında baş tutan Vaşinqton müzakirələrinə qaytarmağa görə səfər edir? Yoxsa ABŞ üçün bunlar taktiki məsələlərdir və əsas problem stratejidir, yəni kommunikasiya xətlərinin blokdan çıxarılması və Orta Dəhlizin yaradılmasıdır? Bunun məntiqi və ssenariləri haqqında suallar əslində İran prezidenti İbrahim Rəisinin ölümündən sonra hamıda aktivləşib.

Ötən gün anım mərasimində iştirak etmək üçün Tehrana gedən Paşinyanla söhbətində İranın Ali Rəhbəri Əli Xameneyi bununla bağlı bəyan edib ki, Rəisi üçün Ermənistanın sərhədləri ilə bağlı məsələlər çox həssas idi və İran bu baxımdan öz maraqlarını qoruyub saxlamalıdır. Eyni zamanda o bildirib ki, Ermənistan-İran münasibətlərinin opponentləri var.

Faktiki olaraq belə çıxır ki, Paşinyan Tehrana getməzdən əvvəl İrəvanda yüksək rütbəli ABŞ kəşfiyyatçısı ilə görüşüb, Tehrandan qayıtdıqdan bir gün sonra isə ABŞ-nin Qafqaz məsələləri üzrə baş diplomatı İrəvandadır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tehran   ABŞ  


Bizi "telegram"da izləyin