Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmir

2024/05/1715843827.jpg
Oxunub: 221     17:03     24 May 2024    
Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Hökumət Başçıları Şurasının Aşqabaddakı toplantısında iştirak etmir.

Ordu.az-ın TASS-a istinadən xəbərinə görə, onun əvəzinə iclasa Belarusdakı səfir Razmik Xumaryan qatılıb.

Bir qədər əvvəl rəsmi İrəvanın açıqlamasında bu tədbirə Baş nazirin müavini Mqer Qriqoryanın gedəcəyi bildirilib.

Qeyd edək ki, son günlər Ermənistan inteqrativ formatlardakı bir sıra görüşlərdə iştirakdan yayınır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin