Yeni Kaledoniyada polis etirazçılardan birini güllələyib

2024/05/22efd-1716553840.jpg
Oxunub: 183     15:59     24 May 2024    
Yeni Kaledoniyada 48 yaşlı kişi polis tərəfindən güllələnib.

Ordu.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Telekanal bunu adanın paytaxtı Numea prokurorluğuna istinadən açıqlayıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb. Atəş açan polis əməkdaşı nəzarətə alınıb.

Bununla da 13 gündür etirazların davam etdiyi Yeni Kaledoniyada ölənlərin sayı 7 nəfərə çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Kaledoniya   Polis  


Bizi "telegram"da izləyin