“Gürcü Arzusu” Blinkenin sanksiyalarla bağlı bəyanatına cavab verib

2024/05/66507-1716550569.jpg
Oxunub: 163     15:20     24 May 2024    
Biz ölkənin suverenliyi və təhlükəsizliyi ilə ticarət etməyəcəyik.

Ordu.az xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ABŞ dövlət katibi Entoni Blinkenin sanksiyalarla bağlı bəyanatına cavabında belə qeyd olunub.

“Heç bir şantaj bizi ölkəmizə qarşı addım atmağa məcbur edə bilməz. Belə biz vəziyyətdə sanksiyalar yalnız qeyri-məhsuldar ola bilər və sanksiya tətbiq edən tərəfə zərər vura bilər”, - bəyanatda qeyd olunub.

Əlavə olunub ki, Etnoni Blinkenin adından verilmiş bəyanatda “viza məhdudiyyətlərinin tətbiq edilməsi kimi şantaj Gürcüstanın müstəqilliyi və suverenliyini məhdudlaşdırmağa yönəlmiş xam cəhddir”.

Bəyanatda ABŞ-ın qanun layihəsinin lehinə səs verən deputatları təhdid etməsinin dünya siyasi tarixində bənzəri görülməmiş hadisə olduğu, bunun tarixə boz hərflərlə yazılacağı qeyd olunub.

Əlavə olunub ki, hazırda Aİ namizədi olan Serbiya və Bosniya-Hersoqovinanın da yüksək vəzifəli rəsmilərinə qarşı ABŞ tərəfindən sanksiya tətbiq edilir, lakin hər iki ölkə Aİ-yə üzvlük istiqamətində fəaliyyətini davam etdirir və heç bir ləngimə ilə üzləşmirlər.

“Ona görə də hər kəsi praqmatik olmağa, əlaqələrin inkişafı üçün effektiv addımlar atmağa çağırırıq ki, bu da Amerika və Gürcüstan xalqlarının da maraqlarına bərabər şəkildə cavab verir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Gürcüstan  


Bizi "telegram"da izləyin