"NATO Moldovanı Rusiya və Belarusla münaqişəyə sürükləyir" - Bortnikov

2023/02/63f4b-1676983880.jpg
Oxunub: 126     13:38     24 May 2024    
NATO Moldovanı Rusiya və Belarusla hərbi qarşıdurmaya sürükləməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclasında çıxışında deyib.

"NATO Moldovanı sözün həqiqi mənasında Rusiya və Belarusla hərbi qarşıdurmaya sürükləyir", - o deyib.

Qeyd edək ki, Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər müəyyən ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin