Yunanıstan İsraildən SPICE tuşlama dəsti alacaq

2024/05/2024--1716542326.jpg
Oxunub: 193     17:02     24 May 2024    
Yunanıstan İsraildən 300 ədəd SPICE tuşlama dəsti almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, SPICE “Rafael” tərəfindən istehsal olunan, ABŞ-də yerləşən “Boeing”in JDAM/JDAM-ER-inə bənzər tuşlama dəstidir.

Yunanıstan “Mark 83” və “Mark 84” Ümumi Məqsədli Bombalarını təchiz edəcək SPICE 1000 və SPICE 2000-i alacaq.

Məlumata görə, SPICE-lər ilkin olaraq F-16 “Viper”lərə quraşdırılacaq.

Satınalma dəyərinin 130 milyon avrodan çox olacağı gözlənilir.

SPICE ailəsi 1000 lb (Mk-83), 2000 lb (Mk-84) və 250 lb döyüş başlıqları üçün variantlar ehtiva edir.

F-15, F-16, “Mirage 2000”, “Tornado” və “Gripen” kimi müxtəlif döyüş təyyarələri ilə uyğun gəlir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   İsrail   SPICE  


Bizi "telegram"da izləyin