“Hürjet” “Efes-2024” təlimində iştirak edir

2024/05/2024--1716541831.jpg
Oxunub: 126     13:17     24 May 2024    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan unikal imkanlara malik platformalar ilk dəfə təlimdə havaya qalxıb.

Ordu.az xəbər verir ki, “Anka” və “Aksungur” Pilotsuz Uçuş Aparatları (PUA) ilə T129 “Atak” Hücum və Taktiki Kəşfiyyat Helikopterinin ardından “Hürjet” Reaktiv Təlim Təyyarəsi və “Hürkuş” Əsas Təlim Təyyarəsi ilə “Gökbey” Ümumi Məqsəd Helikopteri ilk dəfə bir təlimdə çıxış edir.

Türkiyə Silahlı Qüvvələrinin Ege bölgəsindəki ən böyük birləşmiş birgə təlimi olan “Efes-2024” təliminə çoxlu sayda yerli və xarici müşahidəçi qatılıb.

23-30 may tarixləri arasında Seferihisar atış poliqonunda keçirilən təlimə geniş çeşidli məhsullarla qatılan TUSAŞ “Anka” PUA-sının maketini nümayiş etdirilir.

Digər tərəfdən Milli Döyüş Təyyarəsi “Kaan”, “Anka III” Pilotsuz Döyüş Təyyarəsi Sistemi, “Hürjet” Reaktiv Təlim Təyyarəsi və T929 “Atak II” helikopterinin 1/7 maketleri də ərazidə nümayiş etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   Efes-2024   Təlim  


Bizi "telegram"da izləyin