“Nurol Makina” EFES-2024 təlimində öz yerini alır

2024/05/2024--1716541370.jpg
Oxunub: 140     14:34     24 May 2024    
“Nurol Makina” 29-30 may 2024-cü il tarixləri arasında İzmirin Seferihisar bölgəsində keçiriləcək EFES-2024 təlimində iştirak edəcək.

Ordu.az xəbər verir ki, “Nurol Makina” səlahiyyətlilərə, müdafiə sənayesi nümayəndələrinə və potensial müştərilərə ən son texnologiya müdafiə alətləri və həlləri təqdim edəcək.

Türkiyənin ən böyük hərbi təlimlərindən biri olan EFES 2024 təlimi hərbi qüvvələrin, texnologiya tərtibatçılarının və strateqlərin simulyasiya edilmiş döyüş ssenarilərində və strateji manevrlərdə görüşdüyü dəyərli fürsətdir.

“Nurol Makina”nın iştirakı müasir müharibə çağırışları üçün innovativ həllərin təmin edilməsində onun sadiqliyini və mükəmməlliyini vurğulayır.

“Nurol Makina” zirehli avtomobil texnologiyasındakı ən son inkişaflarını nümayiş etdirərək, dinamik döyüş mühitlərində məhsullarının səmərəliliyini, etibarlılığını və uyğunlaşma qabiliyyətini ön plana çıxaracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nurol-Makina   EFES-2024  


Bizi "telegram"da izləyin