Türkiyə MN mənbələri İrana cavab verdi: “Türkiyə mehriban qonşuluq və dostluq tələblərini yerinə yetirdi”

2024/05/1716541274.jpg
Oxunub: 201     13:00     24 May 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarış işləri ilə bağlı İran KİV-lərində çıxan xəbərlər barədə açıqlama veriblər.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri Türkiyənin çətin günlərində İranın köməyinə gəldiyini, mehriban qonşuluq və dostluq tələblərini yerinə yetirdiyini qeyd ediblər.

“Həmin gün baş verənləri nazirimiz saatbasaat izah etdi. Hər kəs axtarış səylərini sosial mediada canlı izləyib. Burada bizim üçün fəxr etməli olduğumuz üç vacib məqam var:

– Fövqəladə hallarda dövlət qurumlarımızın əlaqələndirilmiş və çevik reaksiya verməsi,

– Xüsusilə PUA texnologiyasında yerli və milli müdafiə sənayemizin çatdığı nöqtə və bu yolla əldə etdiyimiz bacarıq və qabiliyyətlər,

– Yerli və milli müdafiə sənayemiz sayəsində qazanılan bu imkan və texnologiyadan Türkiyə Silahlı Qüvvələrinin və onun təlim keçmiş personalının istifadə etmək bacarığı”, - deyə mənbələr bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   İran  


Bizi "telegram"da izləyin