BAE İsveçə yeni “CV9035 Mk IIIC” piyada döyüş maşınlarının tədarükü üçün müqavilə imzalayıb

2024/05/1716540600.jpg
Oxunub: 165     16:01     24 May 2024    
Müdafiə sənayesi istehsalçısı “BAE Systems” İsveç Silahlı Qüvvələrinə yeni “CV9035 Mk IIIC” piyada döyüş maşınlarının tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, müqavilə, həmçinin digər dövlətlərə “CV90 Mk IIIC”nin tədarükündə iştirak etməyə imkan verir.

“CV9035 Mk IIIC” piyada döyüş maşınları “dizayn və funksionallıq baxımından irəliyə doğru sıçrayış” olduğu bildirilən yeni qüllə sistemi, həmçinin vasitələrin ekipajlarına fayda verən əhəmiyyətli erqonomik təkmilləşdirmələrlə təchiz ediləcək.

Məlumata görə, istehsal olunacaq yeni platformalar İsveçin Ukraynaya bağışladığı CV9040 avtomobillərini əvəz edəcək.

Müqavilənin ümumi dəyəri və istehsal olunacaq avtomobillərin sayı barədə ətraflı məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE   İsveçə   CV9035-Mk-IIIC  


Bizi "telegram"da izləyin