Niderland və ABŞ Cənubi Çin dənizində ikitərəfli hərbi təlimlər keçirib

2024/05/1716540484.jpg
Oxunub: 145     15:26     24 May 2024    
Niderland və ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Cənubi Çin dənizində ikitərəfli hərbi təlimlər keçirib.

Ordu.az xəbər verir ki, təlimdə ABŞ HDQ-yə aid “Independence” variant sahil mühafizə gəmisi USS “Mobile”, “Lewis” və “Clark” sinfinə məxsus quru yük gəmisi USNS “Wally Schirra”, habelə Niderland Kral HDQ-yə aid “De Zeven Provinciën” sinfinə məxsus freqatlar yer alıb.

ABŞ HDQ-nin açıqlamasında bildirilib ki, ikitərəfli təlim müttəfiqlərin qarşılıqlı fəaliyyət qabiliyyətini yaxşılaşdırmaq və birləşmiş hazırlığı artırmaq üçün mürəkkəb ssenarilərin həyata keçirilməsi üçün dəyərli imkan verib.

Qeyd edək ki, ABŞ HDQ-nin 7-ci Donanması Hind-Sakit okean regionunda təhlükəsizlik mühitini qorumaq üçün müttəfiqləri ilə müntəzəm olaraq təlimlər keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   ABŞ   Cənubi-Çin  


Bizi "telegram"da izləyin