“Anka-3” PUA-sının yeni konfiqurasiyası gəlir

2024/05/1716540261.jpg
Oxunub: 285     14:23     24 May 2024    
Hazırda uçuş sınaqları davam edən “Anka-3” Pilotsuz Uçuş Aparatının (PUA) yeni konfiqurasiyası gəlir.

Ordu.az xəbər verir ki, reaktiv mühərrikli PUA üçün iki mühərrikli dizayn hazırlanır.

İki mühərrikli uçan qanad konsepsiyasına sahib olacaq PUA supersəs qabiliyyətinə, yəni səs sürətindən yüksək sürətə malik olacaq.

Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) baş direktoru Temel Kotil yeni dizaynlar haqqında məlumat verib.

“İndi “Anka-3” yüksək səsaltı sürətdədir. Lakin onun 2 mühərrikli versiyası tezliklə gələcək, o da supersəs sürətli olacaq və “Kaan”ı müşayiət edəcək. Gələcəkdə “Anka-3”ün 2 ədəd TEI-TF10000 turbofan mühərriki ilə uçması gözlənilir. TEI-TF10000 üzərində inkişaf işləri davam edir, tamamlandıqdan sonra 6,000 lbf quru və 10,000 lbf “afterburner”li (xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir-red.) itələmə qüvvəsi təmin etməsi hədəflənir”, - deyə Kotil qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka-3   PUA  


Bizi "telegram"da izləyin