4 fərqli sistem Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib

2024/05/1716540186.jpg
Oxunub: 628     14:01     24 May 2024    
Türkiyə müdafiə sənayesi Türkiyə Silahlı Qüvvələrinə yerli silah, sensor və rabitə sistemlərini çatdırmağa davam edir.

Ordu.az xəbər verir ki, son olaraq eyni həftə ərzində 4 fərqli sistem Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.

Belə ki, OMTAS tank əleyhinə raketi, MAM-L mini ağıllı sursatı, “Avcı” dəbilqəyə quraşdırılmış nişangahı və çoxdiapazonlu rəqəmsal müştərək radiostansiya Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

ROKETSAN tərəfindən inkişaf etdirilən OMTAS orta mənzilli tank əleyhinə raketdir. Müasir zirehli hədəflərə qarşı təsirli olacaq şəkildə hazırlanmış bu raket həm “atdım-unutdum”, həm də “atdım-yenilədim” imkanlarına malikdir.

Digər tərəfdən, OMTAS hədəf zirehli platformanı birbaşa şəkildə və ya zirehlərinin ən incə olduğu hissədən vurmaq qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Quru-Qoşunları   Komandanlıq  


Bizi "telegram"da izləyin