Erməni politoloq: “Ermənistanın Baş naziri, Baş nazirinin müavini, hökuməti Azərbaycanın tərəfinə keçib”

2024/05/1716536575.jpg
Oxunub: 268     16:39     24 May 2024    
“Hazırkı hakimiyyətin bu demarkasiya prosesini görünməmiş bir uğur kimi təqdim etməsi görünməmiş bir yalandır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, konstitusiya məsələləri üzrə erməni ekspert, beynəlxalq hüquq üzrə mütəxəssis Vardan Poğosyan deyib.

“Paşinyan deyir ki, biz SSRİ-nin sərhədlərini təkrar çəkirik, yeni sərhədlər çəkmirik. Halbuki, əvvəlcə xəritədə demarkasiya aparılmalı, Azərbaycanla sərhədlər müəyyən edilməli, razılıq əldə olunmalı, sonra delimitasiya aparılmalı, daha sonra sərhəd nişanları, dirəklər quraşdırılmalıdır. Bütün bu proses Ermənistan konstitusiyasına və bir sıra qanunlara ziddir”, - deyə Poğosyan qeyd edib.

O bildirib ki, bu, dövlətə xəyanətdir, Ermənistanın Baş naziri, Baş nazirinin müavini, hökuməti Azərbaycanın tərəfinə keçib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin