Ermənistanın sabiq Müdafiə naziri: “İndiki mərhələdəki biabırçı və alçaldıcı güzəştlər təhlükəsizliyə təminat vermir”

2018/05/3453_1526631528.jpg
Oxunub: 255     16:58     24 May 2024    
“Son zamanlar tez-tez eşidirik ki, indiki mərhələdəki biabırçı və alçaldıcı güzəştlər Ermənistanın təhlükəsizliyinə təminat vermir, lakin bu addımlardan imtina edilməsi ölkənin təhlükəsizliyinə “mənfi təminat” yaradır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkənin təhlükəsizliyini, nüfuzunu, cəmiyyətin ruhunu məhv edən hökumət təminatlar verə bilməz.

“Təbii ki, hakimiyyət dəyişikliyi özlüyündə ölkənin təhlükəsizliyinin təminatı deyil, lakin bu hakimiyyəti evə göndərməmək qeyd-şərtsiz ölkənin son tənəzzülünə və dövlətçiliyin itirilməsinə gətirib çıxaracaq. Təbii ki, mən heç kimi heç kimlə müqayisə etmirəm. Ölkə başqadır, zaman başqadır, parlament çoxluğu da başqadır. Ancaq tarixi bilmədən və ondan dərs almadan şüurlu qərarlar qəbul etmək çətindir”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin