“Hraparak”: Keşiş partizan müharibəsi aparır

2024/05/EtV0E-1716532908.jpg
Oxunub: 132     14:37     24 May 2024    
“Vətən naminə Tavus” hərəkatının lideri Baqrat Srbazan partizan kimi çıxış edir və qarşıdakı planları hamıdan gizli saxlayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, söhbət 26 may mitinqindən gedir.

“Hələlik keşiş mötərizələri açmır və deyir ki, yalnız mitinq zamanı hərəkatın Baş nazir vəzifəsinə namizədinin kim olduğu və yaxın gələcəkdə hansı aksiyaların planlaşdırıldığı, hakimiyyətin uzaqlaşdırılmasına necə nail olacaqları bəlli olacaq. O, hətta parlament qüvvələrinin nümayəndələri ilə də işləyir ki, görüləcək işlərlə bağlı çox müzakirələr olmasın. Təfərrüatları bilən bir neçə adama planı açıqlamamaq tapşırılır. Lakin bizə məlumat verilib ki, bəzi simalar hətta keşişə yazılı təkliflər, çıxış tezisləri təqdim ediblər, lakin onun bunların hansından istifadə edəcəyini və sonda hansı çıxışı edəcəyini heç kim bilmir. Deyirlər ki, hər şey toplaşanların sayından, əhval-ruhiyyəsindən asılıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keşiş   Partizan-müharibəsi  


Bizi "telegram"da izləyin