Paşinyanın partiyası MKİ rəhbərinin səfərindən çox həyəcanlanır

2024/05/1716532797.jpg
Oxunub: 154     14:11     24 May 2024    
Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfərindən həyəcanlanırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, mayın 21-də Ermənistan Baş naziri Nikol Paşinyanın Koeni hökumət binasında qəbul etdiyi məlum olub.

“Rəsmi məlumat verilib ki, həm Ermənistan-ABŞ ikitərəfli, həm də beynəlxalq gündəm məsələləri müzakirə edilib. Koen Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb. Hakimiyyətə yaxın dairələrdə deyirlər ki, ABŞ kəşfiyyatının yüksək rütbəli məmuru Ermənistana səfər edərək, daxili siyasi təlatümlərin indiki mərhələsində hazırkı hakimiyyətə dəstəyini ifadə etməyə və hazırda hakimiyyət dəyişikliyinə ABŞ-nin timsalında heç bir kənar dəstəyin olmadığını göstərməyə çalışıb. Adətən fövqəldövlətlərin xüsusi xidmət orqanlarının rəhbərliyinin başqa ölkələrə səfərləri, əgər onların əsasında siyasi hesablamalar aparılmırsa, işıqlandırılmır, amma bu halda rəsmi açıqlama, hətta foto da yayılıb. Təsadüfi deyil ki, ABŞ rəsmisinin səfərindən sonra hakim partiya üzvlərinin əhvalı dəyişib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin