Lui Bono Azərbaycana səfər edəcək

2023/08/1691043765.jpg
Oxunub: 183     09:28     24 May 2024    
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün həftə ərzində regiona səfər edir.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən Lui Bononun regiona səfəri ilə bağlı Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib.

"Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. 

O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.

Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq", - qeyd olunub.

Qeyd edək ki, Lui Bono Ermənistanda səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bono   Azərbaycan  


Bizi "telegram"da izləyin