Sorğu: Fransızların əksəriyyəti hökumətə inanmır, parlamentdən narazıdır

2024/05/41619-1716526674.jpg
Oxunub: 102     00:24     24 May 2024    
Fransa cəmiyyətində avroskeptisizm səviyyəsinə görə Avropa İttifaqının liderlərindən birinə çevrilib.

Ordu.az xəbər verir ki, Avropa Parlamentinin saytında dərc olunan “Eurobarometer” sorğusunun nəticələri bunu göstərir.

Araşdırmaya görə, fransızların 54%-i Aİ qurumlarına inanmır və yalnız əhalinin 34% birləşmənin Beşinci Respublikaya təsirini müsbət qiymətləndirib.

Respondentlər ölkənin əsas problemləri sırasında inflyasiya, yaşayış xərclərinin artması, cinayətlərin səviyyəsi, səhiyyə və təhsildəki problemləri qeyd ediblər.

Fransızlar təkcə Aİ-də deyil, həm də öz dövlətlərinin əsas hakimiyyət orqanlarına da etimad etmirlər. Belə ki, sorğuda iştirak edənlərin 66 faizi parlamentdən narazıdır, 24 faiz isə qanunverici orqanın işini dəstəkləyir.

Hökumətin reytinqi daha pisdir - fransızların 74%-i Nazirlər Kabinetinə inanmır, yalnız respondentlərin 19%-i əks mövqedədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Hökumət  


Bizi "telegram"da izləyin