NASA rəhbəri Çinin Ay proqramından narahatdır

2024/05/c209b-1716484414.jpg
Oxunub: 165     20:45     23 May 2024    
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru Bil Nelson Çinin Ay proqramı ilə bağlı narahatlığını bildirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə NASA rəhbəri ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, ABŞ-nin Ay proqramı ona həvalə olunmuş idarənin cari fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.

“Ayın digər hissəsinə - Cənub qütbünə getməyimizin səbəbi bildiyimiz qədəri ilə orada daimi kölgədə olan qaya yarıqlarında buzun olmasıdır. Orada həqiqətən də hidrogen və oksigen varsa, deməli, söhbət dəyərli resursdan gedir. Buna görə Çin də Cənub qütbünə doğru gedir. Mən bununla bağlı narahatlığımı açıq şəkildə bildirmişdim və mövqeyimlə bağlı dəyişən bir şey yoxdur”, - NASA rəhbəri söyləyib.

Xatırladaq ki, Çin tarixdə ilk dəfə Ayın əks tərəfindən torpaq nümunələrini toplamaq üçün mayın əvvəlində “Çanye-6” avtomatik kosmik stansiyasını kosmosa göndərib. Ayın uzaq tərəfində eniş yeri olaraq Cənub Qütbü - Eytken hövzəsində yerləşən Apollon krateri seçilib. Zond Ayın orbitinə uğurla daxil olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   ABŞ   Çin  


Bizi "telegram"da izləyin