Moskva Bakı və İrəvanla "3+3" formatında sıx əməkdaşlığı hədəfləyir - Rusiya XİN

2023/08/1690973016.jpg
Oxunub: 176     18:24     23 May 2024    
Rusiya Azərbaycan və İranla "3+3" formatında sıx əməkdaşlığı hədəfləyir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Bakı və Tehranla, o cümlədən "Rusiya-Azərbaycan-İran" dialoq formatı, elləcə də "3+3" məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik", - Rusiya XİN nümayəndəsi deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında regional layihələrin inkişafı üzrə potensial görür.

"Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə fəaliyyətimizdə də öz əksini tapıb", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   3+3  


Bizi "telegram"da izləyin