Gürcüstanın Baş naziri avrokomissarın onu təhdid etdiyini deyib

2024/02/1708324873.jpg
Oxunub: 199     18:31     23 May 2024    
“Xarici agentlər haqqında” qanunla bağlı müzakirələr zamanı Avropa komissarlarından biri məni Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına son sui-qəsd nümunəsi ilə qorxudub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Hətta Qərbdən uzun müddətdir davam edən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığında mənə qarşı hədə heyrətləndirici idi. Avropa komissarı mənimlə söhbətində bu qanuna veto aradan qaldırılarsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadalayıb və daha sonra qeyd edib: “Fitso ilə hansı hadisənin baş verdiyini gördünüz, çox diqqətli olmalısınız”, - o qeyd edib.

İ.Kobaxidze deyib ki, Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi aşkarlanıb və bu dövlət “qlobal müharibə tərəfdarları” ilə xüsusilə sıx bağlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Kobaxidze  


Bizi "telegram"da izləyin