Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb

2024/05/1716471491.jpg
Oxunub: 470     17:29     23 May 2024    
Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

Ordu.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi
təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

Kollecin rəisləri Universitet rektorunun təqdimatına əsasən müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Müdafiə-Universiteti  


Bizi "telegram"da izləyin