Aİ-nin Ermənistandakı nümayəndəsi Türkiyə ilə sərhədə gedib

2024/05/664f3-1716468043.jpg
Oxunub: 188     16:23     23 May 2024    
Ermənistanın Dövlət Gəlirləri İdarəsinin rəisi Rustam Badasyan və Avropa İttifaqının bu ölkədəki nümayəndəsi Vasilis Maraqos Türkiyə ilə sərhədə gedib.

Ordu.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, səfər zamanı onlar sərhəddəki nəzarət-buraxılış məntəqəsinin infrastrukturu və fəaliyyətinin təşkili qaydaları ilə tanış olub.

Qeyd olunub ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti “vahid pəncərə” sisteminə uyğun olaraq təşkil ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin