Yeddinci nəsil döyüş təyyarələri necə olacaq?

2024/05/2024--1716455093.jpg
Oxunub: 446     16:40     23 May 2024    
Britaniyanın “BAE Systems” şirkəti hələ altıncı nəsil döyüş təyyarəsini tamamlamayıb, lakin şirkət rəhbərləri artıq “yeddinci nəsil” döyüş hava platformasından danışırlar.

Ordu.az xəbər verir ki, “BAE Systems”in döyüş aviasiya strategiyası direktoru Mayk Bolkvill media toplantısında döyüş aviasiyasının gələcəyini ümzakirə edərkən, yeddinci nəsil təyyarənin inkişafının hara doğru getdiyini bilmədiyini deyib.

“Biz nəsil adını itirməliyik, çünki təyyarələr həmişə təkmilləşəcək. Tez və çevik şəkildə inkişaf etdirilə bilən əsas arxitektura olacaq. Lakin yeni nəsil təyyarələr proqram yeniləmələri və spiral təkmilləşdirmələr vasitəsilə əbədi olaraq dəyişəcək”, - deyə o qeyd edib.

Bolkvillin fikirlərini BAE-nin Gələcəyin Döyüş Hava Sisteminin (FCAS) tərəfdaşlıq direktoru və hərbi məsləhətçisi Conny Moreton dəstəkləyib.

Moreton etiraf edib ki, nəsil adlandırması gələcəkdə yox olacaq.

“Təyyarələr yaranan təhlükələrə cavab vermək üçün proqram təminatı və missiya məlumatlarından asılı olacaq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   BAE-Systems  


Bizi "telegram"da izləyin