Rumıniya HHM şəbəkəsini gücləndirməyə davam edir

2024/05/2024--1716454370.jpg
Oxunub: 216     21:51     23 May 2024    
Rumıniya Hava Hücumundan Müdafiə (HHM) şəbəkəsini gücləndirməyə davam edir.

Ordu.az xəbər verir ki, Birləşmiş Ştatların Dövlət Departamenti Rumıniya hökumətinə təxmini dəyəri 340,8 milyon dollar olan AIM-9X “Sidewinder Block II” raketlərinin və müvafiq avadanlıqların Xarici Hərbi Satışlar (FMS) vasitəsilə Rumıniyaya satışını təsdiqləyib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) 2024-cü il mayın 14-də Konqresə bu potensial satış barədə məlumat verən lazımi sertifikatı verib.

Təxmini dəyəri 340,8 milyon dollar olan bu müqavilə aşağıdakıları əhatə edir:

300 ədəd AIM-9X “Sidewinder Block II” Raketi
40 ədəd AIM-9X “Sidewinder Block II” Taktik Raket İdarəetmə Bölməsi
40 ədəd AIM-9X “Sidewinder Block II” Təlim Raketi (CATM)
20 ədəd AIM-9X “Sidewinder Block II” CATM İdarəetmə Bölməsi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   HHM  


Bizi "telegram"da izləyin