Şimali Kiprdən olan şəhid ailələri Xocalıya səfər edib - YENİLƏNİB

2024/05/e9772-1716467984.jpg
Oxunub: 358     16:22     23 May 2024    
Şimali Kipr Türk Respublikasından (ŞKTR) gələn şəhid ailələrinin Qarabağa səfəri davam edir.

Ordu.az-ın verdiyi məlumata görə, Azərbaycana ilk dəfə geniş tərkibdə səfər edən ŞKTR-dən olan şəhid ailələrinin üzvləri Şuşadan sonra Xocalı şəhərinə gediblər.

***

Şimali Kipr Türk Respublikasından olan şəhid ailələri və ictimai xadimlərdən ibarət nümayəndə heyəti bu gün Qarabağa səfər çərçivəsində Şuşa şəhərində olub.

Ordu.az xəbər verir ki, heyətə ŞKTR Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, ŞKTR-nin “Şəhid ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Əlillər Komitəsinin sədri Ahmet Akdeniz, ŞKTR-nin Türk Dövlətləri Dərnəyinin sədri Ali Akın Önder, Girne Amerikan Universiteti dekanı Boğaçhan Bayülken, ŞKTR İTÜ baş katibi Dursun Koç, “Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi”nin baş katibi Selim Terzi və digər şəxslər də daxildir.

Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri də müşayiət edir. Səfər çərçivəsində qonaqlar Cıdır düzünü, Şuşa qalasını, Xan qızı Natəvanın evini və bulağını, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

Həmçinin Şuşada aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olublar. Qonaqlara Şuşanın qədim tarixi, mədəniyyəti və burada doğulan məşhur şəxsiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin Şuşanın işğal altında olduğu uzun müddət ərzində ermənilərin şəhərdəki tarixi abidələrə və maddi-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandalizm aktları qonaqların diqqətinə çatdırılıb. Heyətin Şuşaya səfəri başa çatıb onlar Xocalıya yola düşüb.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasından və Azərbaycandan olan şəhid ailələri qarşılıqlı səfərlərə başlayıb. Bu ilin iyul ayında Qarabağda həlak olmuş 30 şəhidin övladı da Şimali Kiprə səfər edəcək və orada yay düşərgəsində iştirak edəcəklər.

***

Şimali Kipr Türk Respublikasından (ŞKTR) gələn şəhid ailələrinin Qarabağa səfəri başlayıb.

Ordu.az-ın verdiyi məlumata görə, bu, ŞKTR-dən olan şəhid ailələrinin Azərbaycana geniş tərkibli ilk səfəridir.

Şəhid ailələrinin Qarabağa səfəri Şuşa şəhərindən başlayıb. Şəhid ailələrinə Şuşanın qədim tarixi, mədəniyyəti və burada doğulan məşhur şəxsiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin Şuşanın işğal altında olduğu uzun müddət ərzində ermənilərin şəhərdəki tarixi abidələrə və maddi-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandalizm aktları qonaqların diqqətinə çatdırılıb.

Qonaqlarla ünsiyyətdə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinin Şuşanı işğaldan azad etmək üçün böyük əzmlə keçdikləri çətin yollardan, qazanılan tarixi zəfərdən söz açılıb. Onlar həmçinin şəhər işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olublar, tarixi məkanlara baxıblar.

Qeyd edək ki, ŞKTR-dən olan şəhid ailələrinin təmsilçiləri Qarabağa səfərləri çərçivəsində Xocalı və Ağdamda da olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Kipr   Qarabağ  


Bizi "telegram"da izləyin