Ermənistan ordusunun siyasətə müdaxilə faktları| İrəvana qoşun niyə yeridilmişdi? Berddə generalın yox, blogerin göstərişləri eşidilirdi?

2024/05/1716449238.jpg
Oxunub: 338     20:25     23 May 2024    
“168.am” nəşri Ermənistanda ordunun siyasi proseslərə cəlb olunması faktlarına toxunub. Nəşrin məqaləsində qeyd olunur ki, son aksiyalarda 20-yə yaxın hərbi qulluqçunun iştirakı və onların sonradan görüntülərinin yayılması ordunun “nüfuzu”na (?) zərbə vurur. Habelə hakimiyyətin vaxtilə istifadə etdiyi taktikalardan istifadənin hazırda hansı səbəbdən işləmədiyinə diqqət çəkilir. Nəşrin məqaləsində Zəngəzur istiqamətində hərbçilərin tabesizliyi ilə bağlı nəticələnmiş insidentlə yanaşı, indiyədək açıqlanmayan bir fakta da toxunulub. Məlumata görə, 2021-ci ilin martında Berd hərbi hissəsində o vaxt Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri general Qriqori Xaçaturova qarşı insident baş verib. Məlumatlara görə, inisdentdə Rusiyada yaşayan bloger Roman Bağdasaryanın “barmağı olub”. O, tanıdığı əsgər vasitəsilə Berd hərbi hissəsində “üsyan” təşkil etməyə cəhd edib və qısa müddət ərzində 30 nəfəri hərbi hissədən çıxarmağa nail olub.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Aprelin 26-da “Vətən Naminə Tavus” “Facebook” səhifəsində müqaviləli hərbi qulluqçuların, 20-yə yaxın adamın mübarizəyə qoşulması barədə məlumat yayıldı.

Demək olar dərhal Ermənistan Müdafiə Nazirliyi açıqlama yaydı ki, hərbi geyimdə olan şəxslərin kimliyinin müəyyən edilməsi və yayılan məlumatın qiymətləndirilməsi istiqamətində tədbirlər görür, Ermənistan Silahlı Qüvvələrini siyasi proseslərə cəlb etməyin istənilən cəhdi adekvat hüquqi qiymətləndirmə alacaq. Səhər saatlarında Ermənistan İstintaq Komitəsi məlumat yaydı və orada bir qrup hərbi qulluqçunun hərbi xidmətin müəyyən vəzifələrini yerinə yetirməkdən açıq-aşkar imtina etməsi ilə bağlı cinayət işinin başlandığı bildirildi.

İstintaq Komitəsinin məlumatına əsasən, hərbi qulluqçular yerində vəziyyətlə tanış olmaqla üçün qeyd olunan əraziyə gediblər, lakin əraziyə çatan kimi gözlənilmədən nümayişçilərdən bəziləri guya hərbi qulluqçuların onlara qoşulduqlarını və silahları yerə qoyduqlarnı bəyan ediblər, ərazidə olan jurnalistlər isə onları çəkməyə başlayıblar və hərbi qulluqçular orada qeyri-adi hər hansı bir vəziyyət olmadığını anlayaraq, qısa müddət sonra toplaşmış nümayişçilərin yanından uzaqlaşıblar.

Argişti Kyaramyanın rəhbərlik etdiyi struktur iki hərbi qulluqçunun peşmanlığını videoya çəkmək və yaymaq qərarına gəlib. Tavusdakı mübarizənin iştirakçısı, ehtiyatda olan polkovnik Mihran Maxsudyan jurnalistlərə açıqlamasında qeyd edib ki, müqaviləli hərbi qulluqçular polisin toplanış iştirakçılara qarşı zorakılıq tətbiq etdiyini görüblər, bu vilayətdən, bu kəndlərdən olduqları üçün öz dəstəklərini bildirməyə, burada nə baş verdiyini görməyə gəliblər.

“Hamımız şahidi olduq ki, nə qədər uşaq, qadın incidildi, türkün öz torpaqlarına daxil olmaması üçün öz torpaqları uğrunda mübarizə aparan insanlara qarşı zorakılıq tətbiq edildi. Müqaviləli hərbi qulluqçular da sadəcə olaraq öz dəstəklərini bildirməyə gəldilər. Mən özüm keçmiş hərbçi kimi məsləhət gördüm ki, oğlanlar, sizin yeriniz sərhəddir, sərhədinizə gedin. Adamlar qoşulmağa və ya hansı bir şey etməyə gəlməmişdilər”, - deyə Maxsudyan vurğulayıb.

Ötən gün yayılmış videoda ehtiyatda olan polkovnik “Çoxları deyirlər ki, sərhədi qoruyaraq mübarizə aparırlar, yəni Müdafiə Nazirliyinin tərkibində qalmalı və ölkənin müdafiəsi üçün öz mübarizələrini davam etdirməlidirlər” sualına cavab olaraq qeyd edib: “Adam öz torpağı uğrunda mübarizə aparırsa, fərqi yoxdur, o adam burada da mübarizə aparacaq”.

Əslində ehtiyatda olan polkovnik Ermənistan İstintaq Komitəsinin məlumatını yekunlaşdırır, yəni müqaviləli hərbi qulluqçular hərəkat-mübarizəyə qoşulmağa yox, polislə vətəndaşlar arasında toqquşmalar kontekstində vəziyyətlə tanış olmağa və bu məntiq çərçivəsində dəstək bildirməyə getmişdilər. Gecənin videosuna yanlış başlıq seçilməsi və oradan mübarizəyə qoşulmaq haqqında kadrdan kənar şərhlərin eşidilməsi başqa məsələdir.

Hərbi qulluqçular isə əgər xüsusilə həmin anda xidmətdə deyillərsə, qeyri-siyasi tədbirlərdə iştirak edə bilərlər, amma hərbi geyimdə olmamalıdırlar, “Silahlı Qüvvələrdə qulluq edənlər xidməti geyimdə toplanışda iştirak etmək hüququna sahib deyillər” (“Toplanışlarda iştirak etmək azadlığı haqqında” qanun).

Müqaviləli hərbi qulluqçuları lazımsız yerə hədəf altına atmaq da lazı deyildi. Lakin problem ondadır ki, yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan İstintaq Komitəsi də müqaviləli hərbi qulluqçunun bəlkə də təzyiq altında, bəlkə də təzyiq altında olmayan şəkildə peşmançılıq mətnini lentə alıb yayımlamaqla, son dərəcə qəbuledilməz bir hərəkətə yol verib. Hər halda, bu əməl, yumşaq desək, qəbuledilməzdir və ordunun nüfuzdan salınmasına xidmət edir.

Üstəlik, Ermənistan Müdafiə Nazirliyi bu fakta məhəl qoymur, açıqlamalarından birində ordunun nüfuzuna, nizam-intizamına və döyüş qabiliyyətinə xələl gətirən dezinformasiya və yanlış məlumatlar yaymaq vasitəsilə Ermənistan Silahlı Qüvvələrini hədəf aldığını qeyd edir. Yəni məlumat doğrudursa, müqaviləli hərbi qulluqçunun anın təsiri altında dəstək verməyə getdiyinə peşman olub-olmamasını videoya çəkmək olar?

Başa düşürsünüzmü biz göstəririk ki, sərhədin təhlükəsizliyinin həvalə edildiyi Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları anın təsiri altında və ya emosional fonda qərar qəbul edə və sonradan peşman ola bilərlər? Bu, zabiti, ordunu, şəxsi gözdən salmaq deyilmi? İndi Ermənistan hakimiyyətinin müqaviləli hərbi qulluqçularla əlaqəli insidentlə bağlı mənfi reaksiyasına və onların belə halları təşviq etməmələri barədə iddialara gələk.

Faktlarla danışaq.

Birincisi, 2018-ci il aprelin 23-də Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının bir qrup uniformalı hərbi qulluqçusu qəfildən İrəvanda Nikol Paşinyanın “Mənim Addımım” təşəbbüsünün Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyasına, qondarma inqilaba qoşulub. O vaxt Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı qüvvələrinin briqada komandiri Vağinak Sarkisyan idi.




O zaman Ermənistan Müdafiə Nazirliyi bu addımı tənqid edərək, ordunun siyasətdən və siyasi proseslərdən kənarda olması lazım olduğunu bildirmişdi. Həmin vaxt Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vigen Sarkisyan söhbətin 209 hərbi qulluqçudan getdiyini bildirmişdi və növbəti naziri rəsmi araşdırmadan sonra çox sərt reaksiya verməyə çağırmışdı.

“Bu, qəbuledilməzdir, dövlət üçün məhv olmaq deməkdir, ona görə də mən növbəti nazirdən bunu cavabsız qoymamağa və xidməti araşdırmanı başa çatdırmağa çağırıram. Hansı qüvvələrin təsiri altında, necə və s. olduğunu anlamaq lazımdır”, - deyə o qeyd etmişdi. Amma reallıqda ciddi məsuliyyət olmadı, ola bilsin ki, hansısa intizam tənbehi tətbiq edilib. Vağinak Sarkisyan isə 2018-ci il iyunun 11-də Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı təyin edilib.

İkincisi, 2020-ci ilin 44 günlük müharibəsindən, üçtərəfli kapitulyasiya bəyannaməsinin imzalanmasından günlər sonra Respublika meydanında Nikol Paşinyana dəstək aksiyası təşkil olundu. Aksiyada hərbi geyimli insanlar iştirak edirdilər. Müharibə günlərində Nikol Paşinyanı müdafiə edən, mövqelərdən çəkilmiş və yayılmış videoları hələ demirik.


Üçüncüsü, 2019-cu ildə hakimiyyət dəyişikliyindən sonra Mehri hərbi hissəsində qəbuledilməz insident baş verib, onlarla əsgər zabit heyətinin göstərişlərinə tabe olmaqdan boyun qaçıraraq, hərbi hissənin ərazisini tərk edib. Müəyyən edilib ki, bir qrup əsgər 90-cı illərin adəti ilə hərbi hissədə nizam-intizam yaratmağa cəhd edib, xüsusi şəraiti rəhbər tutaraq, ayrıca geyimdə xidmət edib, ayrıca qidalanma qaydasında yaşayıb.

Zabitlər buna icazə verməyəndə həmin hərbi qulluqçular öz əsgər yoldaşlarını üsyana təhrik etmişdilər, yəni 2019-cu il martın 17-də hərbi xidmət gününün əmrinə tabe olmaqdan boyun qaçırmışdılar, saat 22:30-da yatma vaxtı elan edildiyi zaman isə hərbi hissə ərazisindən çıxmışdılar, yalnız hərbi hissə komandirinin və hərbi polis əməkdaşlarının nəsihətləri nəticəsində hərbi hissəyə qayıtmışdılar.

Faktla bağlı cinayət işi açılıb. Lakin sonradan məlum olub ki, Mehri hərbi hissəsinin qalmaqallı işi üzrə komandir və bir neçə hərbi qulluqçuya qarşı cinayət təqibi dayandırılıb. Dördüncüsü, 2021-ci ilin martında Berd hərbi hissəsində o vaxt Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri general Qriqori Xaçaturova qarşı kampaniya çərçivəsində insident baş verib. Məlumatlara görə, inisdentdə Rusiyada yaşayan bloger Roman Bağdasaryanın “barmağı olub”.

O, tanıdığı əsgər vasitəsilə Berd hərbi hissəsində “üsyan” təşkil etməyə cəhd edib və qısa müddət ərzində 30 nəfəri hərbi hissədən çıxarmağa nail olub. Məqsəd 3-cü ordu korpusunda sabitliyi pozmaq olub. Yeri gəlmişkən, Rusiyada yaşayan hökumətyönlü bloger Roman Bağdasaryan dərhal “Facebook” səhifəsində insidentlə bağlı qeyd yazıb, Qriqori Xaçaturovun ünvanına ittihamlar təqdim edib və həmin ittihamlar generalı ordudan uzaqlaşdırmağın lazım olduğu ilə bağlı olub.

Başqa bir qeyddə azərbaycanyönlü qeydləri və çıxışları ilə tanınan, hakim “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarı olan bu bloger əslində “bütöv bir batalyon Yuri Xaçaturovun oğlunun yox, jurnalistin məsləhətinə qulaq asanda”, baş verənlərdə əli olduğunu etiraf edib. Bir müddət sonra həmin Bağdasaryan qeydlərini silib.

Beşincisi, 44 günlük müharibə günlərində qohumların Qarabağa döyüş əməliyyatlarında iştirak etməyə getməməsi üçün müqaviləli hərbi qulluqçuların yolunu bağladıqları hallar da olub və məhz Tavusda bənzər hallar olub. 2023-cü ildə Ermənistan İstintaq Komitəsindən “168.am”a bildirmişdilər ki, müharibə zamanı Tavusda müqaviləli hərbi qulluqçuların yolunu bağlamaq işi məhkəməyə göndərilib: təqsirləndirilən şəxslər 4-dən 3-ə dəyişdirilib.

Qarabağa getməmiş müqaviləli hərbi qulluqçuların 3 yox, daha çox olduğu, niyə məhz bu 3 nəfərə qarşı ittiham irəli sürüldüyü faktı da maraqlıdır.

Altıncısı, 2019-cu ildə Paşinyan hökuməti Robert Köçəryanın əmri ilə Vağarşak Harutyunyandan haqlı olaraq alınan general-leytenant hərbi rütbəsini bərpa edib, bununla da Paşinyan ordunun siyasiləşdirilməsini, siyasi məqsədlər üçün istifadəsini mahiyyətcə legitimləşdirib və təşviq edib.

Onu da əlavə edək ki, müxtəlif məlumatlara görə, Ermənistanın keçmiş müdafiə naziri Vağarşak Harutyunyan müavinlərinə parlament binasına daxil olaraq, Nairi Hunanyana ordunun mühasirəyə aldığını və onun təslim olmaqdan başqa çarəsi olmadığını söyləməyi tapşırıb.

“Onun cavabının nə olduğunu bilirsiniz? Deyir ki, bəs ordunun burada nə işi var? Köçəryan bir neçə gün sonra eyni şeyi deyir ki, biz ordunun şəhərə daxil olmamalı olduğu barədə razılığa gəlmişdik. Nairi Hunanyan və prezident deyirlər ki, ordu niyə daxil olub, amma ordu daxil olubsa, təhlükəsizliyini təmin etmək üçün daxil olub, burada hansı problem olmalıydı? Bundan sonra mənə qarşı cinayət işi açmağa və ittiham etməyə çalışdılar ki, ordunu mən daxil etmişəm, bu onların planlarını pozub”, - deyə Vağarşak Harutyunyan bir müsahibədə bildirib.

2020-ci ildə Petros Qazaryana verdiyi müsahibədə isə o, fikrini tamamlayıb: “O zaman vəziyyət başqa idi, İrəvanda hərbi təhdidimiz var idi. Silahlı qruplar hökumət binalarını ələ keçirirsə, bu, hərbi təhdid adlanır ki, bu da ordunun hərbi təhdidin qarşısını almaq üçün öhdəliklərinə daxildir. Və orada ordu xalqı həmin terrorçulardan və mümkün hərbi nəticələrdən saxlamaq üçün fəaliyyət göstərirdi. Bu olub”.

Bu sıranı davam etdirmək olar...

Yəni Ermənistanın hazırkı səlahiyyətliləri hərəkətləri onların maraqlarına uyğun olmayan hərbi qulluqçuları tənqid edirlərsə, ilk növbədə, bunun onların hakimiyyəti dövründə baş verdiyini xatırlamaq və yuxarıda qeyd etdiyimiz halları da unutmamaq lazımdır. Həmçinin, Ermənistan Silahlı Qüvvələrinə verilən, konstitusiyanın və qanunların tələblərinə zidd olduğu halda icra olunmaya bilən qeyri-qanuni, şifahi əmrləri də unutmaq olmaz.

Bunun siyasi proseslərlə heç bir əlaqəsi yoxdur. Bu başqa məsələdir ki, hərbi qulluqçular Ermənistan hakimiyyətinin təhlükəsizlik siyasəti ilə razı deyillərsə, hərbi xidmətdən azad olma ərizəsi yaza bilərlər, bəlkə də belələri var. Söhbət bir və ya iki hərbi qulluqçudan getmirsə, onda konsolidasiya, soyuq hesablama və ardıcıllıq olmalıdır, əks halda biz Ermənistan hakimiyyətinə ordu ilə bağlı siyasəti sərtləşdirmək imkanı verəcəyik. Qeyd olunan sərtləşdirmə 2021-ci il fevralın 25-də Baş Qərargahın qətiyyən hərbi çevriliş cəhdi olmayan bəyanatından sonra və ya bunun nəticəsində baş verdi.

Aprelin 10-da isə parlamentdə Nikol Paşinyan əlavə tədbirlər görəcəyi və Silahlı Qüvvələrdə mümkün üsyanı “boğacağı” ilə hədələyib. “2021-ci ilin fevralında hərbi çevrilişə uğursuz cəhd oldu. Biz baş verənlərdən dərs aldıq və Silahlı Qüvvələrin bütün sonrakı siyasiləşdirilməsi cəhdlərini istisna etmək üçün əlavə mexanizmlər qəbul etməliyik”, - deyə Paşinyan vurğulayıb.

Yəni Nikol Paşinyan konstitusiya öhdəlikləri kontekstində Ermənistan Silahlı Qüvvələrinin müqavimət göstərməsini siyasi proses və ya növbəti hərbi çevriliş cəhdi hesab edib və hesab edəcək, amma özünün qanun və konstitusiya ilə toqquşacaq siyasi gündəmini həyata keçirməyi siyasi proses və ya növbəti hərbi çevriliş cəhdi hesab etməyib və hesab etməyəcək, buna görə də qanun çərçivəsində və soyuq hesablamalar əsasında hərəkət etmək lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Silahlı-Qüvvələr   Ermənistan   Siyasət  


Bizi "telegram"da izləyin