“İranın Cənubi Qafqazla bağlı siyasəti ən azından yaxın gələcəkdə dəyişməz qalacaq” - Lukyanov

2024/05/1716446188.jpg
Oxunub: 250     19:20     23 May 2024    
“Nə gözlənildiyini anlamaq üçün İranın dövlət sistemində prezidentin kim olduğunu nəzərə almaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.

Onun sözlərinə görə, İranın dövlət sistemində prezident dövlətin başçısı, ruhani lider deyil, ümumxalq səsverməsi ilə seçilən icra hakimiyyətinin başçısıdır, lakin bundan əvvəl ideoloji ilkin seçim mərhələsi keçir.

“ABŞ-nin sanksiyaları, sistemin diktə etdiyi məhdudiyyətlər, geosiyasi vəziyyətlə bağlı narahatlıqlar səbəbindən İranda daxili problemlər var. Son illərdə, əgər xatırlayırsınızsa, İranda müxtəlif səbəblərdən kütləvi nümayişlər olub”, - deyə Lukyanov qeyd edib.

Lukyanov vurğulayıb ki, İranda ölkənin ali lideri sayılan İranın ali rəhbərinin ölkədə sabitliyin sarsılmaması üçün hər şeyi etməsi diqqət çəkir.

“İranın Cənubi Qafqazla bağlı siyasəti ən azından yaxın gələcəkdə dəyişməz qalacaq. Dəyişikliklərin olacağını iddia etmək üçün heç bir əsas yoxdur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   CənubiQafqaz  


Bizi "telegram"da izləyin