İsrail ordusu Qəzzada məscidə zərbə endirib, azı 16 nəfər ölüb

2024/05/1716443149.jpg
Oxunub: 288     09:37     23 May 2024    
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimalında yerləşən məscidə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrailin Qəzzanın şimalındakı Fatimeyi-Zəhra məscidinə hücumu nəticəsində ölənlərin sayı 10-dan 16-ya yüksəlib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, qurbanlar arasında azı 10 uşaq var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   Hücum  


Bizi "telegram"da izləyin