Rusiya XİN: Yaponiya ilə siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz

2024/05/1715923114.jpg
Oxunub: 145     09:13     23 May 2024    
“Yaponiya ilə münasibətlərimiz getdikcə daha da pisləşir və biz mövcud şəraitdə rəsmi Tokio ilə siyasi təmasları bərpa etmək niyyətində deyilik”.

Ordu.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya Ölkələri Departamentinin direktoru Lyudmila Vorobyova deyib.

O həmçinin Yaponiya hökumətinin indiyədək ölkəsinə qarşı 22 sanksiya paketi qəbul etdiyini xatırladıb:

“Aydındır ki, belə bir şəraitdə Yaponiya tərəfinin təşəbbüsü ilə kəsilən siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz. Yaxşı olardı ki, münasibətlərin gələcəyi barədə rəsmi Tokionun özü düşünsün”, – rusiyalı diplomat belə deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Yaponiya  


Bizi "telegram"da izləyin