Yəməndə husilərin 4 dronu zərərsizləşdirilib

2024/05/1716441568.jpg
Oxunub: 133     07:35     23 May 2024    
ABŞ Silahlı Qüvvələri çərşənbə günü "Ansar Allah" hərəkatının husi üsyançılarının 4 dronunu zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X" sosial şəbəkəsində məlumat yayıb.

"Mayın 22-də Sana vaxtı ilə saat 15:16-da (Bakı vaxtı ilə saat 16:16) ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri husilərin nəzarətində olan Yəmən ərazisində dörd pilotsuz uçuş sistemini uğurla məhv edib", - açıqlamada deyilir.

Komandanlıq İHA-ların ABŞ və koalisiya qüvvələri və bölgədəki ticarət gəmiləri üçün dərhal təhlükə yaratdığını" iddia edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husi  


Bizi "telegram"da izləyin