Blinken: “Rusiya ərazilərinə mümkün zərbələr barədə qərarı Ukrayna verməlidir”

2024/05/1715749204.jpg
Oxunub: 144     04:35     23 May 2024    
Rusiyanın dərinliklərinə mümkün zərbələr barədə Ukraynanın özü qərar verməlidir.

Ordu.az “CNBC“yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Ukraynadan kənarda hücumlara dəstək verməyə gəlincə, biz bunu etməmişik. Amma Ukrayna öz qərarlarını özü verməli olacaq və verəcək”, - Blinken vurğulayıb.

Blinken bildirib ki, o, Kiyevi Ukrayanın ehtiyacı olduğu texnika ilə təmin etmək istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Rusiya  


Bizi "telegram"da izləyin