Blinken: "ABŞ və Aİ Gürcüstana qarşı xarici agentlər haqqında qanuna görə tədbir görəcək"

2024/05/1715749204.jpg
Oxunub: 217     23:53     22 May 2024    
ABŞ və Avropa İttifaqı Gürcüstana qarşı xarici agentlər haqqında qanun layihəsinə görə tədbir görməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

O, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstanda baxılan qanun layihəsini şərh edərkən deyib: "Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk".

Blinkenin sözlərinə görə, Aİ Gürcüstanda bu qanunun qəbulunun ölkənin birliyə qoşulmasına təsirini öyrənir və müvafiq tədbirlər planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   ABŞ    


Bizi "telegram"da izləyin