"Özəl sektorun iştirakı Orta Dəhlizinin səmərəliliyinin artırılması üçün əsasdır" - Səfir

2024/05/ambas-1716407241.jpg
Oxunub: 211     23:35     22 May 2024    
Orta Dəhlizin səmərəliliyini artırmaq üçün riskləri və xərcləri minimuma endirmək məqsədilə özəl şirkətlərlə qarşılıqlı əlaqə qurmaq lazımdır.

Ordu.az-ın verdiyi məlumata görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin (CPC) təşkilatçılığı ilə keçirilən VIII Transxəzər Forumu zamanı deyib.

Xəzər İbrahim qeyd edib ki, Azərbaycan yeni elektrik ötürücü kabellərin və yeni enerji istehsalı müəssisələrinin tikintisi hesabına bərpa olunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirmək üzərində işləyir.

"Azərbaycanın təklif etdiyi Xəzər-Avropa İttifaqı yaşıl enerji dəhlizi Orta Dəhlizin bir hissəsidir və bu dəhliz vasitəsilə təkcə mallar deyil, həm də enerji və texnologiya da ötürülə bilər", - deyə Xəzər İbrahim bildirib.

Səfir daha sonra Qara dəniz sualtı kabeli üzrə Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlıqdan danışıb.

“Biz həm də tərəfdaşlarımızın və dostlarımızın sayını çoxaltmalıyıq və ümid edirəm ki, Birləşmiş Ştatlar bu işdə ən mühüm və sadiq dostlardan biri olaraq qalacaq”, - deyə Xəzər İbrahim əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin dəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orta-Dəhliz   Xəzər-İbrahim  


Bizi "telegram"da izləyin