Belarus XİN: Bir sıra malların tədarükünə məhdudiyyətlər Aİ-nin addımlarına cavabdır

2024/05/ffb10-1716404563.jpg
Oxunub: 210     22:52     22 May 2024    
Belarusun bir sıra Avropa ölkələrindən malların tədarükünə əlavə məhdudiyyətlər tətbiq etmək qərarı Avropa İttifaqının (Aİ) sistematik qeyri-dost addımlarına məcburi cavab olub.

Ordu.az “Belt”ə istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Belarus hökuməti Avropa İttifaqının və onun bir sıra aqressiv ölkələrinin Belarus Respublikasına qarşı sistematik qeyri-dost hərəkətlərinə məcburi cavab tədbirləri tətbiq etmək qərarına gəlib. Latviya, Litva, Polşa, Çexiya və Estoniyadan ayrı-ayrı malların, o cümlədən içkilər, kosmetika məhsulları, qablar, tekstil məmulatları, ayaqqabıların idxalına qadağa qoyulub. Bu qərar şəxsi istifadə üçün idxal edilən mallara təsir etməyəcək”, - nazirlikdən vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   XİN  


Bizi "telegram"da izləyin