ABŞ ordusu yeni PUA bölməsi qurur

2024/05/İHA-1716367598.jpg
Oxunub: 314     00:11     23 May 2024    
ABŞ ordusu Pilotsuz Uçuş Aparatları (PUA) üçün ayrıca bölmə yaratmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu yeni bölmə PUA əməliyyatlarını daha peşəkar hala gətirmək və digər hərbi intizamlarla bərabər səviyyəyə qaldırmaq məqsədi daşıyır.

Təklif Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin Taktika və Quru Qoşunları Alt Komitəsi tərəfindən hazırlanan 2025-ci il müdafiə icazəsi qanun layihəsinə daxil edilib.

Yeni PUA bölməsinin yaradılması təkcə PUA əməliyyatlarını deyil, həm də antidron qabiliyyətərini əhatə edəcək.

Konqresdəki mənbələrin bildirdiyinə görə, bu addım Ukrayna təcrübəsindən və beynəlxalq tərəfdaşların təcrübəsindən əldə edilən dərslərə əsaslanır.

Ukrayna fevral ayında PUA bölməsi quraraq bu sahədə mühüm addım atıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin