İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək - YENİLƏNİB

2024/05/1716222986.jpg
Oxunub: 395     22:24     20 May 2024    
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

***

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

Ordu.az İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami bildirib.

O, həmçinin seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacağını söyləyib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

İran Konstitusiyasına əsasən, 50 gün ərzində təşkil edilməli olan seçkilərədək prezidentin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Prezident-seçkiləri  


Bizi "telegram"da izləyin