İran prezidentinin helikopteri texniki nasazlıq nəticəsində qəzaya uğrayıb

2024/05/664ae-1716186187.jpg
Oxunub: 335     19:24     20 May 2024    
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində İran prezidenti və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopter texniki nasazlıq nəticəsində qəzaya uğrayıb.

Ordu.az-ın məlumatına görə, bu haqda İranın rəsmi dövlət agentliyi IRNA məlumat yayıb.

Agentlik texniki nasazlığın detallarını açıqlamayıb.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin