Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO+FOTOLAR

2024/05/3b12c-1716206461.jpg
Oxunub: 380     15:33     20 May 2024    
Növbəti “Ehtiyat zabit hazırlığı” kursunun başa çatması münasibətilə mərasim keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Kursu bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.

Məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Sonda hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ehtiyat-zabit-hazırlığı   Kurs  


Bizi "telegram"da izləyin