Minsk qrupunun “ölüm kağızı”na daha bir “möhür”: Borq Mirzoyanla nəyi müzakirə edib?

2024/05/456-1716202461.jpg
Oxunub: 459     14:40     20 May 2024    
Strasburqda keçirilən Avropa nazirlərinin konfransında iştirak edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqla fikir mübadiləsi aparıb.

Burada diqqətə layiq olan odur ki, Borq bir neçə gün əvvəl regional səfər çərçivəsində Ermənistanda olub. O, Ermənistandan Bakıya gəlib. Çətin ki, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) sadəcə olaraq nazirin gərgin iş rejimi haqqında təəssürat yaratmaq üçün fikir mübadiləsi kontekstində dəhliz təmasını ictimaiyyətə məlumat kimi təqdim etmək qərarına gəlib.

Hər halda, Ermənistan XİN-in yaydığı rəsmi açıqlamada “fikir mübadiləsi” məzmunlu qeyd də var: “İrəvana səfər zamanı aparılan müzakirələrin davamı olaraq ATƏT-in gündəliyi və regional mövzular müzakirə edilib, Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti vurğulanıb”. Ermənistanın Baş naziri ilə də görüş olduğu halda Mirzoyan və Borq İrəvanda nəyisə yarımçıq qoyublar, yoxsa Borqun regional, xüsusən də İrəvan səfərindən sonra “fikir mübadiləsi” zərurətini doğuran yeni hallar meydana çıxıb?

Burada isə diqqət yetirməli olan bir şey var. Xüsusilə İrəvandan Bakıya gələn Borq Prezident İlham Əliyevlə görüşdə prezidentin ATƏT-in Minsk qrupunun və həmsədrliyin ləğv edilməsi barədə sualını eşidib. O, bunu aylar əvvəl Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevlə görüşdə də eşidib. Borqun həm o zaman, həm də bir neçə gün öncə Bakıda İlham Əliyevə nə dediyi məlum deyil.

Prezident İlham Əliyevin həmin görüşdəki çıxışını, qrupu ləğv etməyin lazım olduğu və İrəvanın bununla razılaşmamaq üçün səbəbə malik olmadığı ilə bağlı açıqlamasını da nəzərə alsaq, mümkündür ki, Strasburqda o, Mirzoyanla məhz bu mövzuda fikir mübadiləsi aparıb. Borq Mirzoyandan soruşubmu ki, İrəvanın ləğvetmə gündəliyi ilə razılaşmamaq üçün səbəbi var, yoxsa yox? Bəs Mirzoyan ona nə cavab verib?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Borq   Mirzoyan   ATƏT   Minsk  


Bizi "telegram"da izləyin