İran xarici işlər nazirinin vəzifəsini bu şəxs icra edəcək

2024/05/16972-1716193327.jpg
Oxunub: 257     12:20     20 May 2024    
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəzifəsini onun müavini Əli Baqeri Kəni icra edəcək.

Ordu.az-ın məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi deyib.

Onun sözlərinə görə, bununla əlaqədar bu gün (20 may) Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib. Qərara əsasən Əli Baqeri Kəni hökumətin xarici məsələlər üzrə əlaqələr komitəsinin məsul şəxsi təyin olunub.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin